İspaniya İtaliyadan "Roma"lı futbolçuları gətirən təyyarəyə eniş icazəsi verməyib

img

11-03-2020 [17:24]


Martın 12-də Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Sevilya" ilə qarşılaşmalı olan İtaliyanın "Roma" klubu İspaniyaya yollana bilməyib.

Bu barədə paytaxt təmsilçisinin rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilib ki, buna İspaniya hökumətinin koronavirusa görə İtaliyadan gələn təyyarələrə eniş icazəsi verməyəcəyini açıqlaması səbəb olub.

Qeyd edək ki, "Sevilya" - "Roma" oyunu Bakı vaxtı ilə 21:55-də start götürməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA