Keçmiş icra başçısı gömrükdə işləyən kürəkəninin həbsinə belə reaksiya verdi: "Biz də indi məlumat aldıq..."

img

09-03-2020 [17:19]


Xəbər verdiyimiz kimi, Şimal Ərazi Baş Gömrük İdarəsinin qaçaqmalçılığa qarşı mübarizə idarəsinin rəis müavini Emil Hüseynov və daha iki vəzifəli şəxs saxlanılıb.

Mia.az bildirir ki, saxlanılan E.Hüseynov Xaçmaz rayonunun sabiq icra başçısı Şəmsəddin Xanbabayevin kürəkənidir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ş.Xanbabayev kürəkəninin saxlanıldığını təsdiqləyib: “Bəli, saxlanılan şəxs kürəkənimdir. Biz də indi məlumat almışıq.Emil Hüseynovun niyə saxlanıldığı barədə dəqiq məlumatımız yoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA