İranın ölümcül virusa görə həbsdən buraxdığı 70 min məhbus... - Daha həbsxanaya qaytarılmayacaqlar

img

09-03-2020 [15:51]


İran koronavirus təhlükəsinə görə müvəqqəti olaraq sərbəst buraxdığı 70 min məhbusu ictimai təhlükəsizlik olmayanadək həbsxanaya qaytarmaq niyyətində deyil. 

Bunu ölkənin Məhkəmə Sisteminin başçısı İbrahim Rəisi bildirib.

“İctimai təhlükə yaratmayanadək məhbusların sərbəst buraxılması davam edəcək”, - o, vurğulayıb.

Xatırladaq ki, İranda koronavirusa 7 161 yoluxma hadisəsi qeydə alınıb. Onlardan 2 394 nəfər sağalıb, 237 nəfər isə ölüb/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR