“Bloomberg”: koronavirus dünya iqtisadiyyatına 3,5 trilyon dolları zərər vuracaq - 5 milyon şirkət risk altındadır.

img

07-03-2020 [15:43]


ABŞ-ın “Bloomberg” agentliyi koronavirusun (COVİD- 19) dünya iqtisadiyyatına 3,5 trln. ABŞ dolları zərər vuracağını açıqlayıb.

“Bloomberg” xəbər verir ki, dünya üzrə ümumilikdə milyon şirkət risk altındadır.

Agentliyin hesabatına görə, xüsusən bu ilin ikinci yarısında seçkilər keçiriləcək ABŞ, Avropa və Yaponiya kimi ölkələrdə ümumi daxili məhsulun (ÜDM) artımında mənfi tendensiya müşahidə ediləcək.

Qeyd edək ki, ayrılıqda sektorlar üzrə koronavirus ən çox turizm, pərakəndə və istehlak sektorlarına ciddi zərbə vuracaq. Bundan başqa, investorların epidemiyanın getdikcə genişləməsi ilə “təhlükəsiz liman” axtarışı ilə əsasən qızıla və istiqrazlara yönəldiyi bildirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR