Daha bir partiya sədri PA-ya dəvət edilib: "Təkliflərimi verdim..."

img

03-03-2020 [21:45]


Azərbaycan Azad Respublikaçılar partiyasının sədri Kamil Seyidov Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşüb.

Partiyadan Mia.az-a verilən məlumata görtə, görüşdə ölkədəki siyasi mühitdən, son islahatlardan, siyasi partiyaların mövcud problem və çətinliklərindən danışıb.

Ədalət Vəliyev siyasi partiyaların ölkədə demokratik dəyərlərin formalaşmasındakı oynaya biləcyi roldan bəhs edib. Şöbə müdiri Hakimiyyətlə partiyalar arasındakı üzlaşmadan, siyasi partiyaların ölkə həqiqətlərinin dünya birliyinə çatdırılmasını üçün xüsusi gücə malik olduğunu deyib.

Azərbaycan Azad Respublikaçılar partiyasının sədri Kamil Seyidov isə öz növbəsində iqtidaryönümlü siyasi partiyaların kordinasiya mərkəzinin yaradılması ilə bağlı təklif irəli sürüb. Partiya sədri qərargahla bağlı olan problemlərini də şöbə müdürünün diqqətinə çatdırıb.

Azərbaycan Azad Respublikaçılar partiyasının sədri Kamil Seyidov görüşü gələcək işlər üçün atılan addım kimi səciyyələndirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR