Şəmkirdə 10 evi yağmalayan şəxs tutuldu

img

28-02-2020 [14:14]


Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 evdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, əvvəllər məhkum olunmuş, Samux rayon sakini, 40 yaşlı Elfaq Süleymanov ötən ilin dekabr ayında və bu ilin fevral ayında rayonun Şiştəpə və Aşağı Seyfəli kəndlərindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl-zinət və müxtəlif məişət əşyalarını oğurlayıb. 

O, ifadəsində həmin kəndlərin sakinlərinin Rusiyada Federasiyasında olduqlarını bildiyini və ona görə oğurluq üçün həmin kəndləri seçdiyini bildirib. Oğurlanan əşyaların bir qismi maddi sübut kimi istintaqa təqdim edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 03.04.2020

DİN işçi axtarır

13:25 03.04.2020

Sabah yağış yağacaq