Azərbaycan və İtaliya arasında sənədlər mübadiləsi aparılıb - SİYAHI
20-02-2020 [18:54]
Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin geniş tərkibdə görüşü başa çatandan sonra Azərbaycan-İtaliya sənədlərinin mübadiləsi mərasimi olub.
Mia.az Azərtac-a istinadla xəbər xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni mübadilə etdilər.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İtaliya Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın İqtisadi İnkişaf naziri Stefano Patuanelli mübadilə etdilər.
“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini mübadilə etdilər.
“Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İtaliya Respublikasının Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeskini mübadilə etdilər.
“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq nazirinin birinci müavini Emanuela Del Re mübadilə etdilər.
“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İtaliya Respublikasının Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Nazirliyi arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və İtaliyanın Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı nazirinin müavini Giuseppe L'Abbate mübadilə etdilər.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə”ni Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə etdilər.
“Azərbaycan Milli Olimpiya Komitəsi ilə İtaliya Milli Olimpiya Komitəsi arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malaqo mübadilə etdilər.
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti ilə İtaliya Aerokosmik Agentliyi arasında sülh məqsədilə kosmos fəaliyyətləri sahəsində Anlaşma Memorandumu”nu “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev və İtaliya Aerokosmik Agentliyinin prezidenti Giorgio Sakkoçça mübadilə etdilər.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə CDP, SACE, “Simest” şirkətləri arasında Anlaşma Memorandumu”nu “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin baş icraçı direktoru Allahverdi Paşayev və CDP şirkətinin baş icraçı direktoru Fabrizio Palermo, SACE şirkətinin baş icraçı direktoru Pierfrançesko Latini, "Simest" şirkətinin baş icraçı direktoru Mauro Alfonso mübadilə etdilər.
“Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə İtaliya Ticarət Agentliyi (ICE) arasında Anlaşma Memorandumu”nu AZPROMO-nun prezidenti Yusif Abdullayev və ICE-nin prezidenti Maria Ferro mübadilə etdilər.
“SOCAR ilə SNAM arasında əməkdaşlıq sazişi”ni SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və “SNAM S.p.A”nın baş icraçı direktoru Marko Alvera mübadilə etdilər.
“AZPROMO ilə “Simest” arasında Tərəfdaşlıq Sazişi”ni AZPROMO-nun prezidenti Yusif Abdullayev və “SIMEST S.p.A”nın prezidenti Pasquale Salzano mübadilə etdilər.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və “Ansaldo Energia”nın baş icraçı direktoru Cüzeppe Zampini mübadilə etdilər.
“Azərenerji” ASC ilə “Ansaldo Energia” arasında Anlaşma Memorandumu”nu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və “Ansaldo Energia”nın baş icraçı direktoru Cüzeppe Zampini mübadilə etdilər.
“Azərbaycan Dəmir Yolları” QSC ilə “I.M.A. Project Financing S.R.L.” şirkəti arasında dəmir yolu maşınlarının (drezinlərin) və iş avadanlıqlarının satınalınması barədə müqavilə"ni “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “I.M.A. Project Financing” şirkətinin baş icraçı direktoru Rikkardo Paoncelli mübadilə etdilər.
“ADA Universiteti ilə Luiss Universiteti arasında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Luiss Universitetinin vitse-prezidenti Paola Severino mübadilə etdilər.
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq