"Qəbələ" rəqibi darmadağın etdi, liderliyə yüksəldi

img

20-09-2013 [20:36]


Bu gün Topaz Premyer Liqada 7-ci turun oyunlarına start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış matçında Qəbələnin eyniadlı komandası öz meydanında "Rəvan" klubunu qəbul edib. Yuri Syominin komandası bu görüşdə qələbə qazanacağı təqdirdə turnir cədvəlində liderliyə yüksələcəkdi. Klub "Rəvan"la matçda qalib gələrək birinci pilləyə qalxıb. Lakin "Qəbələ" zirvədə qalması üçün "Neftçi" və "Qarabağ" klubları 7-ci turda xal itirməlidir.

Qeyd edək ki, 7-ci tura sentyabrın 22-də keçiriləcək AZAL - "Xəzər Lənkəran" oyunu ilə yekun vurulacaq.

qol.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA