"Seçkiləri 20-ci əsrdə "selsovet" seçkiləri kimi keçirmək olmaz" - Natiq Cəfərli
14-02-2020 [12:26]
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra müxalifət daxilində seçkidə iştirak, yoxsa boykot diskursu daha da qızışıb.
Yenisabah.az xəbər verir boykot tərəfdarları seçkilərdə baş verən qanun pozuntularını əsas gətirərək mövqelərinin doğru olduğunu bildirir, prosesdə iştirak edənləri hakimiyyətin lehinə işləməkdə ittiham edirlər. Seçkidə iştirak tərəfdarları isə qanun pozuntularının məhz prosesə qatılanlar tərəfindən aşkar edildiyini əsas gətirərək boykotçuların mövqeyinin yanlış olduğunu deyirlər.
Bu diskurs xüsusilə Respublikaçı Alternativ Partiyası (REAL) və Milli Şura arasında gedir.
REAL tərəfdən bu məsələdə daha çox fəallıq edən partiyanın icra katibi Natiq Cəfərlidir.
O, növbəti dəfə seçkidə iştirak məsələsinə toxunaraq bununla bağlı verdilən qərarın doğru olduğunu isbat etməyə çalışıb.
"Bu gün bir daha əminliklə deyə bilərəm ki, siyasi təşkilatların, müstəqil namizədlərin seçkiyə getməklə bağlı verdikləri qərar ən doğru, ən düzgün qərar idi. Ölkə üzrə 200-ə yaxın müxalif, əsl müstəqil namizədlərin, onların, təqribən, 5000-6000-nə yaxın müşahidəçilərinin, fədakar jurnalistlərin seçki prosesinə qoşulması 9 Fevralda bir çox rəzalətl, pozuntuları üzə çıxmasında həlledici rol oynadı. Seçkidə iştirak olmasaydı, bu gün cəmiyyətdə hökumətin seçki institutu ilə məzələnməsinə belə kəskin, sərt reaksiya olmazdı. Bir daha: İştirak ən doğru qərar idi", - deyə Natiq Cəfərli bildirib.
O, həmçinin qeyd edib ki, 9 fevral seçkilərində REAL-ın son illər səsləndirdiyi 2 tezis də özünü tam doğruldub:
"1) Yeni nəsl - illərdi deyirik ki, ölkədə yeni nəsl artıq yetişib, bu nəsl müstəqillik dövründə formalaşıb, tam fərqli düşüncə tərzi olan, savadlı, ruhən azad, heç bir süni avtoriteti qəbul etməyən gözəl insanlardır - bu seçki sürəci məhz onların üzə çıxması və siyasi prosesə toxunması ilə yadda qaldı. Və işin ən gözəl tərəfi odur ki, onlarda heç bir xəyal qırıqlığı yaranmayıb - tam tərsi, daha böyük əzm formalaşıb.
2) Bu seçkilər illərdir dediyimiz bir məsələni də sübut etdi - ölkədə ən aktiv kəsm orta sinif, kiçik-orta sahibkarlar, kiçik məmurlardır. Onlar plakatları öz obyektinə vurmaqdan çəkinmədilər, maddi-mənəvi dəstək göstərdilər, seçkilərə də, əsasən onlar gəldi. Yəni, özü gələnlər onlar idi, gətirilənlər daha az təminatlı və büdcədən asılı kəsm idi - bir daha sübut olundu ki, rifah halı yüksəkdikcə ölkədə demokratik dəyişiklik üçün zəmin daha güclü və dayanıqlı olacaq.
Hökumət bir məsələni də anlamalıdı - 21-ci əsrdir, hər kəsin əlində smatfon, internetə çıxış imkanı varsa, ölkədə seçkiləri 20-ci əsrdə "selsovet" seçkiləri kimi keçirmək olmaz, bu, mümkün deyil! Ya gərək hamımızın əlindən smartfonları, planşetləri alıb ölkədə interneti də lap girişdən söndürəsiz, ya da ölkənin, cəmiyyətin dəyişdiyini anlayıb siz də dəyişəsiz - başqa yol, sadəcə, yoxdur".
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib