91 saylı seçki dairəsində nə baş verir? - Daha bir namizəd MSK-ya müraciət etdi, bəyanat yaydı
14-02-2020 [12:13]
91 saylı seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu bəyanat yayıb.
Mia.az-a daxil olan bəyanatda namizəd bu seçki dairəsində baş verən kütləvi seçki saxtakarlığı və qanun pozuntuları ilə bağlı MSK sədri Məzahir Pənahova müraciət edib.
O, müraciətində 91 saylı seçki dairəsinin nəticələrinin ləğv edilməsinin vacibliyinin labüd olduğunu və MSK-ya saxtakarlığı sübut edəcək foto və video çəkilişləri təqdim etdiyini qeyd edib.
Bəyanatı olduğu kimi təqdim edirik:
"Mən 91 sayli seçki dairəsindən deputatlığa namizəd Məmmədov Kazım Eldar oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə demokratiyanın bərqərar olunması, məmurların özbaşınalıqlarının qarşısının alınması, şəffaf və demokratik seçkilərin keçirilməsinin təmin olunması istiqamətinqə apardığı islahatlara güvənərək və gənclərin bu seçkilərdə iştirakı ilə bağlı çağırışa qoşularaq 9 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar Parlament seçkilərində iştirak etdim.
Lakin təəsüf hissi ilə bildirirəm ki, hələ təbliğat-təşviqat kompaniyasının başladığı ilk gündən yaradılmış qeyri şəffaf mühit 9 fevral 2020 - ci il tarixində keçirilən seçki günü pik həddə çatdı. Seçkinin gedişatında aktiv müşahidələrimiz nəticəsində foto və vodeo faktlarla qeydə aldığımız ciddi qanun pozuntuları - karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə səsvermədə iştirakı, bülletenlərin sayılması prosesindən müşahidəçilərin kənarlaşdırılması, protokollarda sayların YAP namizədi xeyrinə şişirdilərək həqiqi göstəricilərdən uzaqlaşdırılması, seçki məntəqəsinin ərazisində qeydiyyatı olmayan seçicilərin digər məntəqələrdə səs verməsi, 4 və 8 saylı məntəqə istisna olmaqla istifadə olunmamış bülletenlərin sayılaraq ləğv edilməməsi, məntəqəyə girən seçiciyə üçüncüyə səs verin kimi sözlərlə seçimə təsir göstərilməsi, protokolların sürətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları aşkar olunmuşdur. Hesab edirəm ki, bütün bu kimi qanun pozuntuları cənab Prezidentin demokratiyanın bərqərar olunması, məmurların özbaşınalıqlarının qarşısının alınması, şəffaf və demokratik seçkilərin keçirilməsinin təmin olunması istiqamətinqə apardığı islahatlara kölgə salmaqdır, ictimaiyyətin inamını qırmaqdır.
Ucar rayonu 91 saylı DSK–da baş vermiş qanuna zidd hərəkətlər nəticəsində seçki saxtakarlığı baş verildiyini və həmin saxtakarlıqla nəticələrin düzgün olmadığını nəzərə alaraq 91 saylı Ucar DSK-nın nəticələrinin ləğv edilməyini və qanun pozuntusuna yol vermiş DSK və məntəqə üzvlərinin məsuliyyətə cəlb olunmasını xahiş edirəm.
Qeyd etmək istəyirəm ki, sadalanan bütün saxtakarlıq faktları, qanuna zidd olan bütün hərəkətlər və hərəkətsizliklər foto və video vasitəsilə qeydə alınmışdır və MSK-ya təqdim olunmuşdur".
Xatırladaq ki, 91 saylı Ucar seçki dairəsindəın YAP-ın namizədi işsiz olduğu deyilən Həsən Ramil Sahib oğludur.
MSK-nın açıqladığı ilkin nəticələrə görə, o, 9 min 643 səslə dairənin lioder namizədi idi.
Ancaq dünən MSK 91 saylı Ucar seçki dairəsindən deputatlığa başqa bir namizəd Əbil Məmmədovun müraciətinə əsasən, bu dairədki nəticəni şübhə altına alıb.
Belə ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verərək, bildiriib ki, dairədən olan şikayətlər araşdırılmaq üçün DSK-ya göndərilib.
Mia.az
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar