Azərbaycan millisinin baş məşqçisi kim olacaq? - Daha bir namizədin adı açıqlandı

img

13-02-2020 [13:48]


Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi postuna daha bir namizədin adı müəyyənləşib.

Məlumata görə, AFFA yığmamızın “sükanı arxası”na sloveniyalı mütəxəssisi gətirə bilər.

Assosiasiya rəhbərliyinə təklif edilən məşqçilər arasında sloveniyalı Sreçko Kataneç də var. Hazırda İraq yığmasını çalışdıran 57 yaşlı mütəxəssisin ölkəmizə gəlişi istisna edilmir. İraq Futbol Federasiyası ilə müqavilə müddəti gələn ilin yayına qədər olan Kataneç yenidən Avropaya qayıtmaq niyyətindədir.

Qeyd edək ki, məşqçiliyə Sloveniyanın U-21 komandasında başlayan Sreçko Kataneç karyerası ərzində Sloveniya, Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri və İraq yığmasına, eyni zamanda vətənində “Qoritsa” və Yunanıstanda “Olimpiakos” klublarına başçılıq edib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR