Mikayıl Cabbarov: "Hazırda hər iki ödəyicidən yalnız biri səyyar yoxlamaya məruz qalır"

img

11-02-2020 [19:27]


"2019-cu ildə Azərbaycanda əmək müqavilələrinin sayı 18,4% artıb".

Bunu "Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru" adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarovdeyib.

Onun sözlərinə görə, son nəticədə sosial sığorta ayırmaları üzrə daxilolmalar 24%, işsizlikdən sığorta üzrə daxilolmalarda 40% artım qeydə alınıb.

Nazirin sözlərinə görə, ötən il sahibkarlıq subyektlərində yoxlamalar 44% azalıb, yoxlamalar nəticəsində hesablanmış ödəmələrin məbləği isə 18% artıb.

“Hazırda hər iki ödəyicidən yalnız biri səyyar yoxlamaya məruz qalır. Büdcəyə daxil olan vergi daxil olmalarının 91%-i isə könüllü ödəmələr hesabına formalaşır”, - M.Cabbarov əlavə edib.

Nazir onu da əlavə edib ki, 2019-cu ildə hüquqi şəxslərin bank hesabları 19%, fiziki şəxslərin bank hesabları isə 26% artıb: “Aktiv ƏDV ödəyicilərinin sayı 37,5%-ə qədər artıb və nəticədə ƏDV üzrə ümumi artım 16,4% təşkil edib”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA