"Tağıyev: Sona" filminin təqdimatı oldu - Arzu Əliyeva və dövlət rəsmiləri tədbirdə + FOTOLAR
MƏDƏNİYYƏT
04.10.2025, 12:14
Oktyabrın 3-də Nizami Kino Mərkəzində “Tağıyev: Sona” bədii filminin təqdimat mərasimi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, hökumət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.
“Tağıyev: Sona” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin üçüncü bölümüdür.
Kinolent Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi, “Neqsol Holding”, “Kapital Bank”, “Bakcell” və “Norm” şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.
Filmdə XIX-cu əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.
Taleyin çətin yollarından keçən Hacı Zeynalabdin Tağıyevin illər sonra həyatına gənc və savadlı Sona xanım daxil olur. Bu gənc xanıma qarşı duyduğu sevgi onu yeni maneələrlə üz-üzə qoyur. “Tağıyev: Sona” filmində məhz məşhur xeyriyyəçi ilə onun qəlbinə yol tapan Sona xanımın maneələri aşan unudulmaz məhəbbət hekayəsi əks olunub. Filmdə iradənin gücü, sədaqətin sınağı və sevginin yüksəlişinə şahid olacaq izləyicilər ilk iki bölümündəki obrazların da həyatlarında baş verən dəyişiklikləri yaxından görmüş olacaqlar.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkarı Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da olmaqla geniş peşəkar aktyor heyəti filmdə tarixi personajları canlandırıb.
Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Filmin baş rejissoru Zaur Qasımlı çəkilişlərə göstərilən dəstəkdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Xatırladaq ki, Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən dördhissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. Filmin ilk iki bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən 98-ci Kino Akademiyası Mükafatları (“Oscar”) üzrə Azərbaycan Film Seçim Komitəsi rəsmi olaraq “Tağıyev: Neft” filmini Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim edib. Bununla yanaşı, bədii filmin ilk bölümü dünyaca məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.
Ekran əsərinin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər düzəldilib.
Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks elətdirən “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sahibə Qafarova Matviyenko ilə görüşdü - İstanbulda
Bugün, 16:22 SİYASƏT
-
"Azərkosmos"la bağlı qərar verildi
Bugün, 16:07 İQTİSADİYYAT
-
Ərdoğan Matviyenkonu qəbul etdi – Türkiyədə + FOTO
Bugün, 15:55 GÜNDƏM
-
“Sumqayıt”da radikal qərar: futbolçuların maaşı kəsildi
Bugün, 15:49 İDMAN
-
ABŞ SURİYADAN RƏSMƏN ÇƏKİLDİ – Son hərbi baza da İraqa köçürüldü
Bugün, 15:35 GÜNDƏM
-
“Space”də aparıcı ilə icraçı direktor arasında - QALMAQAL
Bugün, 15:27 PRESS
-
Azərbaycan Rusiya ilə yeni sənədlər imzalayıb
Bugün, 15:24 GÜNDƏM
-
Deputata "Şöhrət" ordeni verildi - Sərəncam
Bugün, 15:22 GÜNDƏM
-
Şahin Mustafayev: "Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik"
Bugün, 15:02 SİYASƏT
-
İlham Əliyev və birinci xanım Türkiyədə - FOTOLAR
Bugün, 14:54 GÜNDƏM
-
Məşhur aktrisa ifşa oldu: günü 7500 manata fahişəlik, yoxsa… - Mesajlar yayıldı
Bugün, 14:40 ŞOU-BİZNES
-
May ayında neçə gün iş olmayacaq?
Bugün, 14:28 CƏMİYYƏT
-
Azərbaycan və Rusiya Hökumətlərarası Dövlət Komissiyası toplandı - Zəngilanda nələr müzakirə olunur?
Bugün, 14:20 GÜNDƏM
-
Dövlət Baxçalı daha bir təşkilatı ləğv etdi - Səbəb izah edilməyib
Bugün, 14:12 SİYASƏT
-
Türkiyə–İsrail qarşıdurması böyüyür: ABŞ və NATO dilemma qarşısında - TƏHLİL
Bugün, 14:07 SİYASƏT
-
Xaricdə oxuyan 255 nəfərin diplomu tanınmadı
Bugün, 14:03 GÜNDƏM
-
Milli Məclislə Mərakeş Müşavirlər Palatası arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 13:47 SİYASƏT
-
Pakistan XİN: “ABŞ və İran danışıqlara hazırdırlar, lakin…”
Bugün, 13:09 GÜNDƏM
-
"Azərbaycanla Ermənistan arasında ticarətin birdən-birə bərpasını gözləmək düzgün deyil, lakin..." - TƏHLİL
Bugün, 12:48 İQTİSADİYYAT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:37 CƏMİYYƏT
-
“Bavariya”nın qolkiperi: “Arda Gülər istedadlı futbolçudur”
Bugün, 12:21 İDMAN
-
Türkiyədə bir partiya dağıldı – Məhkəmə ləğv qərarını təsdiqlədi
Bugün, 12:10 SİYASƏT
-
İsrail təsdiqlədi: Livan lideri ilə telefon danışığı olacaq!
Bugün, 12:00 GÜNDƏM
-
Rövşən Nəcəf Dövlət Departamentinin baş müşaviri ilə müzakirə apardı
Bugün, 11:57 İQTİSADİYYAT
-
Daha bir azərbaycanlı Türkiyədən ekstradisiya ediləcək
Bugün, 11:44 KRİMİNAL
-
Departament direktoru telekanal rəhbəri oldu - Teymur Əsgərzadə getdi, Əlibaba Əliyev gəldi
Bugün, 11:39 PRESS
-
Derbi öncəsi “Qalatasaray”lıları həyəcanlandıran xəbər – Osimhen oynayacaq?
Bugün, 11:24 İDMAN
-
"Space TV”-də böhran: rəhbər getdi, indisə... - 3 milyonluq borc və...
Bugün, 11:21 PRESS
-
"İstedadlı insanlara mütləq şəkildə yol açılmalıdır"
Bugün, 11:15 MƏDƏNİYYƏT
-
Nərimanovda ağaclar kütləvi şəkildə məhv edilib
Bugün, 11:05 CƏMİYYƏT
-
Binəqədidə 6 nəfər 54 kq narkotiklə tutulub
Bugün, 10:51 KRİMİNAL
-
Çindən İrana Hörmüz boğazı ilə bağlı çağırış: “Sərbəst və təhlükəsiz keçidi təmin edin!”
Bugün, 10:51 DÜNYA
-
”Eşref Rüya”nın “Nisan”ı tənqidlərə dözmədi: “Sizin yerinizə utanıram”
Bugün, 10:34 ŞOU-BİZNES
-
Livan hökuməti Trampı təkzib etdi
Bugün, 10:23 DÜNYA