Türkiyə super liqası: "Qaziantep FK" qalib gəldi

img

06-10-2025 [00:24]


Türkiyə Super Liqası 8-ci turunda "Fatih Karagümrük" və "Qaziantep FK" komandaları üz-üzə gəlib. 

Mia.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə "Qaziantep FK" 15-ci dəqiqədə hesabı açıb.

69-cu dəqiqədə Kacper Kozlovski penaltidən ikinci qola imza atıb. 

Məlumata görə, bu nəticə ilə "Qaziantep FK" xalını  14-ə yüksəldib. "Fatih Karagümrük"ün isə 3 xalı var.

Növbəti turda “Qaziantep FK” “Antalyaspor”u qəbul edəcək. "Fatih Karagümrük" "Fənərbağça" ilə səfərdə qarşılaşacaq.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA