Partiya sədri AYNA rəhbərindən yazdı: "1 milyonluq villanı hansı pulla alır?"
05-10-2025 [00:07]
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevin 1 milyonluq villa alması haqda xəbər cəmiyyətdə geniş ajiotaj yaradıb. Bunun ardınca AYNA-nın tabeliyində olan “AzParking” şirkətinin bələdçisi Kənan İlyasov sosial şəbəkə hesabında ölkə başçısına, DTX və DİN rəhbərliyinə videomüraciət edib. O işdəki nöqsanları işıqlandırdığı üçün təhdid edildiyini bildirib.
Nəhayət ki, fəaliyyəti əhali arasında narazılıq yaratmağa yönələn qurum içindən “partladı”. Sanki AYNA qarşısına məqsəd qoymuşdu ki, insanların əsəbləri ilə oynasın, onların etirazlarını körükləsin. Bunu bir tərəfdən özbaşınalıq, digər tərəfdən vəzifədən sui-istifadə edərək mənimsəmə və həmçinin bilərəkdən narazılıq yaratmaq kimi qiymətləndirmək olar.
Belə ki, AYNA rəhbərliyi heç kimi saymır, istədiyi yerə parklanma xətləri çəkib parkink aparatları yerləşdirib. Bu qurum insanların həyətlərini də zəbt edib. Ev sahiblərinin qeydiyyatları olmadığına görə, “göz yaşlarına” baxmırdı, adamların üzünə dururdu ki, mənə görə sən burada yaşamırsan, rayonda, yaxud başqa yerdə yaşayırsan. Nə olsun ki, bu ev sənin adınadır, nə olsun ki, sən ailənlə burada qalırsan. Nə evlərin çıxarışlarına, nə MİS-lərin arayışına məhəl qoymurdu. 2020-ci il parlament seçkilərində məntəqə üzvünün dünyasını dəyişmiş seçici haqqında dediyi kimi, o sənin üçün ölüb, bizim üçün diridir, fikrinin AYNA-nın fəaliyyətinə proyeksiyasını gördük.
Təsəvvür edin ki, İdarə Heyətinin sədri nə qədər mənimsəmə edib ki, özünə bir milyonluq villa alıb. Bu üzə çıxanıdır, arxada nələr olduğunu təsəvvür etmək adamı heyrətə gətirir. Bu adam cəzasızlığına nə qədər əmin olub ki, bir dəfə də olsun AYNA-nın gəlirləri və xərcləri haqqında məlumat verməyi özünə sığışdırmayıb. Bu azmış kimi avtomobil sahibləri öz maşınlarını rəsmi “parkovka” etdikləri halda onlara cərimə yazmaqdan da çəkinməyib. Həm “parkovka” üçün pul ödəyirsən, həm də üstəlik cərimə də edirlər.
Həyətlərdə, məhəllə arası yollarda parklanmanın ödənişli edilməsi isə AYNA rəhbərliyinin məqsədli, düşünülmüş fəaliyyətidir. Lazım olmayan yerlərdə, dəhşətli tıxaca səbəb olan qısa yollarda avtobus xətlərinin çəkilməsi, yaxud yolun bir hissəsini ağılsızcasına velosipedlərin hərəkət hissəsinə ayırmaqla qalan hissəsini boş saxlayaraq burada hərəkəti qadağan etməsinə nə ad vermək olar. Bu naşılıq deyil, tamamilə cəmiyyətdə narazılıq yaratmağa hesablanıb, başqa ad vermək olmur.
Mütəllim Rəhimli
Ədalət Partiyasının sədri
Demokrat.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub