Rüşvət ittihamı ilə tutulan bələdiyyə sədri CHP-dən istefa verdi: "Məni gözdən çıxardılar"

img

03-10-2025 [23:14]


Rüşvət ittihamı ilə həbs olunaraq vəzifəsindən uzaqlaşdırılan Antaliyanın Manavqat rayon bələdiyyəsinin sədri Niyazi Nefi Kara CHP-dən istefa verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, istefasını həbsindən sonra CHP-nin onu "gözdən çxarması" ilə əlaqələndirib.

Niyazi Nefi Kara partiya rəhbərliyini "topa tutaraq" deyib: “Əziz Manavqatlı həmvətənlərim, dəyərli dostlarım, mən bu gündən etibarən ata yurdum olan Cümhuriyyət Xalq Partiyasından istefa verdim"

O, barəsindəki ittiham üzrə bəraət alaraq vəzifəsinin başına alnı açıq, baş dik qayıdacağını da iddia edib.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA