AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar təqdimat mərasimi keçirilib

img

10-02-2020 [15:47]


Bu gün AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, "Şamaxı Palace" otelində təşkil olunmuş tədbirə 20-dən çox jurnalist qatılıb. Onların arasında Türkiyə və Rusiyadan olan media nümayəndələri də yer alıb.

Əvvəlcə çempionata ev sahibliyi edəcək 12 şəhərlə bağlı video nümayiş etdirilib.

Daha sonra təbliğat tədbirlərindən bəhs edilib. Bildirilib ki, hazırda Şamaxıda təşkil olunan Media Kamp da bu təbliğatın tərkib hissəsidir. Martda maskot və kubok turu, eləcə də gerisayım qurğusunun açılışı olacaq. Apreldə isə Ulduzlar Finalı nəzərdə tutulub.

AVRO-2020-yə bilet satışından danışılarkən, 125, 75 və 30 avro olmaqla, 3 kateqoriyalı biletləri internet vasitəsilə əldə etməyin mümkünlüyü vurğulanıb. Martdan isə fiziki olaraq da satış təşkil ediləcək. İndiyədək Bakıdakı qarşılaşmalata 118 840 biletin satıldığı da açıqlanıb. Onlardan 19059-u Uels - İsveçrə, 32000-i Türkiyə - Uels, 30147-si İsveçrə - Türkiyə, 37634-ü isə 1/4 final oyununadır.

Fan-zonalar isə 12 şəhərdən 11-də yerləşəcək. Bakıda belə zona Ağşəhər Bulvarında yerləşəcək.

Tədbir zamanı AVRO-2020 üçün 3000 media nümayəndəsinin iştirakının gözlənildiyi də açıqlanıb. Akkrrediyasiya prosesinə apreldə start veriləcək.

Qeyd edək ki, AVRO-2020-də Bakı Olimpiya Stadionunda 4 oyun olacaq. İyunun 13-də A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də İsveçrə - Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR