SEÇİCİLƏRİN ETİRAZLA QARŞILADIĞI DEPUTATLAR: onlar kimlərdir? + SİYAHI
07-02-2020 [14:17]
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və tşviqat mərhələsi bu gün başa çatır.
Bu mərhələ daha çox növbəti dəfə parlamentdə təmsil olunmaq istəyən deputatlardan bəzilərinin seçilərin sərt etirazları ilə qarşılnaması ilə yadda qaldı.
Mia.az Yenisabah.az-a istinadla həmin deputatların siyahısını təqdim edir.
95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizəd Sahib Aliyev: Sahib Aliyev 10 ildir ki, bu dairənin deputatı kimi parlamentdə oturur. Lakin keçirdiyi görüşlərdən görünür ki, 10 il ərzində seçicilərin rəğbətini qazana bilməyib. Seçicilər də onu əsasən “10 il idi harada idin?” sualı ilə qarşılayırlar. Sonuncu dəfə isə Sahib Alıyev görüşü yarımçıq saxlamaq məcburiyyətində qalıb. Çünki seçicilər deputata danışmaq imkanı verməyib və onu dəstəkləmədiklərini bəyan ediblər.
42 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd Tahir Mirkişili: Tahir Mirkişili 2015-ci ildə keçirilən beşinci çağırış Milli Məclisə keçirilən seçkilərdə bu dairənin qalibi elan olunub. Deputat bir neçə gün əvvəl “Stansiya Sumqayıt” adlanan yaşayış məntəqəsində seçicilərlə görüşdə etirazla qarşılanıb. Görüşdə az sayda iştirak edən seçicilər deputatın fəaliyyəti ilə bağlı iradlarını bildirməklə yanaşı tədbirə büdcə təşkilatlarının nümayəndələrinin gətirilməsinə etiraz ediblər.
60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı: Fəzail Ağamalı 25 ildir deputatdır. O, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisdə 60 saylı Salyan-Neftçala seçki dairəsini təmsil edib. İndi dördüncü dəfə bu dairədən mandat qazanmaq istəyir. Amma bu dəfə seçicilərin ciddi təpkisi üzləşib. Dünən isə etirazlar qarşıdurma səviyyəsinə çatıb. Seçicilər Fəzail Ağamalının rəqibi Kamil Musavini dəstəklədiklərini bəyan edərək Fəzail Ağamalını görüş keçirdiyi ərazidən uzaqlaşdırıblar. Deputat isə hüquq-mühafizə orqanlarına müraciət ünvanlayaraq təxribatla üzləşdiyini, hücuma məruz qaldığını iddia edib.
110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizəd Elşən Musayev: Elşən Musayev 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairədən mandat qazansa da, seçicilərin rəğbətini qazana bilməyib. Hər halda onun Zaqatalanın Muxax kəndində keçirdiyi görüşdə sərt təpkilə üzləşməsi faktı var. Deputat etirazlara davam gətirməyərək görüşü yarımçıq saxlayıb. Seçicilər isə onu fitə basaraq yola salıblar.
30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva: Sevinc Fətəliyeva 2010 və 2015-ci ildə keçirilən parlament seçkilərində bu dairənin deputatı elan edilib. Amma seçicilərinin sözlərindən belə anlaşılır ki, 10 ildir onu görmürlər. Sevin Fətəliyevanın da etirazlarla qarşılandığının videogörüntüləri sosial şəbəkələrdə yayılıb və ciddi müzakirələrə səbəb olub.
80 saylı İmişli-Beyləqan seçki dairəsində deputatlığa namizəd Çingiz Qənizdə: 10 ildir bu dairənin deputatı olan Çingiz Qənizadə demək olar ki, hər görüşdə seçicilərin etirazları ilə qarşılanır. Müşahidələr göstərir ki, xüsusilə İmişlidə Çingiz Qənizadəyə münasibət ürəkaçan deyil.
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar