YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?
27-01-2020 [10:30]
Xəbər verdiyimiz kimi, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə seçki yarışı hərarətli keçir.
Mia.az xəbər verir ki, bu dairədən hakim partiya - YAP Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürsə də, bu dairədə ən çox diqqət çəkən məqamlardan biri də YAP-ın daha bir vəzifəli namizədinin iddialı formada seçki yarışına qatılmasıdır.
O, "RX SƏRDAROĞULLARI HOLDİNG" MMC-nin meneceri adı ilə seçkiyə qatılmış, əslində isə, YAP Nizami rayon təşkilatının sədr müavini, eyni zamanda, təşkilatın İdarə Heyəti ilə Siyasi Şurasının üzvü Ramin Əhmədovdur.
Onun, həm də nazir Kəmaləddin Heydərovun atası Fəttah Heydərovun köməkçisi olması, siyasi dairələrdə daha "dumanlı" vəziyyət yaradıb.
Maraqlıdır, seçkiyə partiya mənsubiyyətini gizlədərək "bitərəf" kimi 16 saylı dairədən seçkiyə qatılan R.Əhmədov YAP-da mühüm vəzifə daşıdığı halda, partiyanın rəsmi qərarını niyə gözardı edib? O, 16 saylı dairədə seçkiyə qatılmaqla nəyi planlayıb? Bu vəziyyəti partiyanın rəhbərliyi, yaxud Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva necə qarşılayır? Onların məqsədi nədir?...
Partiyanın icra katibinin müavini Siyavuş Novrzuzov isə Ramin Əhmədov kimi seçkiyə qatılmış partiyadaşlarını nəzərdə tutaraq, bu gün APA-ya deyib ki, YAP-ın Nizamnaməsinin 3-cü bölməsində partiyanın təşkilati prinsipləri və üzvlük qaydalarına dair birinci maddə var: "Həmin maddəyə uyğun olaraq, YAP rəhbər orqanlarının qərarı bütün aşağı partiya təşkilatları və onların üzvləri üçün məcburidir. Həmçinin həmin maddənin 3.7-ci hissəsində göstərilir ki, partiya üzvləri hər bir rəhbər orqanın qərarını yerinə yetirməyə borcludur. Bu qərarları yerinə yetirməyən şəxs partiyanın rəhbər orqanlarının qərarını yerinə yetirmədiyinə görə Nizamnamə tələblərinə uyğun olaraq partiya üzvlüyündən xaric edilir, xəbərdarlıq olunur, töhmət verilir”.
YAP icra katibinin müavini qeyd edib ki, seçki kampaniyası çox ciddi aksiyadır: “Bu prosesdə partiyanın qərarları yekdilliklə yerinə yetirilməlidir. Burada gücün bir istiqamətdə qoyularaq partiyanın ümumi qələbəsinə sərf olunması lazımdır.
Əlavə namizədliyini irəli sürən Azərbaycan Respublikasının vətəndaşları və YAP üzvləri var ki, vətəndaş kimi seçkidə iştirak etmək hüququndan istifadə edə bilər. Lakin onlar partiya üzvü olduqları üçün partiyanın rəhbər orqanlarının qərarlarını yerinə yetirməlidir. Bu baxımdan YAP-ın 200-dən çox üzvü namizədliyini partiyanın rəsmi şəkildə irəli sürdüyü namizədlərə alternativ olaraq irəli sürdüyü üçün rayon təşkilatları, ilk təşkilatlar, partiyanın Mərkəzi Aparatı tərəfindən onlarla söhbətlər aparıldı. Nəticə etibarilə onların böyük qismi partiyanın ümumi siyasətini əsas götürərək, eyni zamanda partiya üzvlüyü ilə bağlı Nizamnamə tələblərini dərk edərək namizədliyini geri götürdü.
Bir qrup isə bu və ya digər şəkildə öz fikrində qaldı. Həmin şəxslər partiyanın ilk yerli təşkilatı, rayon təşkilatı tərəfindən partiya Nizamnaməsinin tələbinə uyğun olaraq, partiyanın rəhbər orqanlarının qərarını pozduqları üçün partiya sıralarından xaric olunublar. Bu gün üçün YAP-ı 123 seçki dairəsinin hər birində bir namizəd təmsil edir. Qalanları ilə bağlı isə Mərkəzi Seçki Komissiyasına qərarlarımızı təqdim etmişik və həmin şəxslər partiyanın adından istifadə etmək hüququndan məhrum olunublar”.
Göründüyü kimi, YAP çox açıq şəkildə Ramin Əhmədov kimilərə mesajını verib.
Sözsüz ki, partiyanın Nizamnaməsindən də, bu qərarından Ramin Əhmədovun da, onun sədri və hazırda Nizamidən deputalığa təkrar namizədliyini vermiş YAP-ın rayon təşkilatının sədri Sədaqət Vəliyevanın da, hətta Fəttah Heydərovun da xəbəri olmamış deyil.
Elə isə bu addımı necə qiymət vermək olar? Bu, YAP-a qarşı seçki təxribatıdır, yoxsa...
Və ən nəhayət, YAP-ın sərt üzü Ramin Əhmədova da göstəriləcəkmi?
Hər halda bu sualların cavabı seçkinin nəticələrinin təsdiq olunduğu günə qədər açıq qalacaq.
Mia.az
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar