"Neynirəm şairi, filoloqu, müğənnini ki..." - Damla, Xumar, Nadir, Tacir, Şəbnəm, Zamiq və Könüldən seçki açıqlamaları
01-02-2020 [16:58]
Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Maraqlıdır görəsən incəsənət adamları parlament seçkilərində iştirak edəcəklərmi? Onlar öz namizədlərini müəyyən ediblərmi?
Mia.az modern.az-ın bəstəkar və müğənnilərlə apardığı sorğunu təqdim edir:
Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış bəstəkar Baba Vəziroğlu seçki hüququndan istifadə edəcəyini bildirib:
“Əgər mənim seçmək hüququm varsa, o hüquqdan istifadə edərək seçkilərdə iştirak edəcəm. Səbail rayonundan Ziyad Səmədzadəyə səs verəcəm. Düşünürəm ki, Ziyad müəllim deputat olmağa real namizədlərdən biridir. Mən neynirəm özüm də daxil olmaqla şairi, filoloqu, müğənnini ki, deputat olsun?!
Düşünürəm ki, parlament onlardan daha çox iqtisadçıların yeridir. Millətin rifahını yüksəltmək üçün iqtisadi qanunlar hazırlamalıdırlar. Yoxsa populist çıxışlar edirlər ki, bizim millətdən yoxdur, biz hamıdan üstünük, musiqini biz yaratmışıq... Bütün bunların hamısı boğazdan yuxarı pafoslu çıxışlardır. Artıq bunlar keçmir e, dünya iqtisadi təməl üzərində qurulur”.
Müğənni Tacir Şahmalıoğlu da səsvermədə iştirak edəcəyini deyib: “Əlbəttə ki, iştirak edəcəm. Lakin hələ kimə səs verəcəyimi dəqiqləşdirməmişəm. Düşünürəm ki, layiqli olana səs vermək lazımdır. Düzünü desəm, deputalardan Fazil Mustafanı daha yaxşı tanıyıram. O birilərini o qədər də tanımıram, hətta yenilərini demək olar ki, heç tanımıram”.
Xalq artisti, muğam ifaçısı Könül Xasıyeva isə seçkidə iştirak edəcəyini bildirsə də, kimə səs verəcəyini açıqlamayıb: “Onu deməzlər axı? Səsvermə gizli aparılır və mən də səs verəcəyim namizədin adını gizli saxlamaq istəyirəm”.
Müğənni Şəbnəm Tapdıqın reaksiyasından isə belə anlaşıldı ki, seçkilər onu maraqlandırmır: "Mən şou-biznes adamıyam və müğənniliklə məşğulam. Çox xahiş edirəm, mənə bu kimi sullar verməyin. İştirak edəcəm, yaxud etməyəcəm, bu, mənə aid olan bir şeydir. Sağ olun”.
Müğənni Nadir Qafarzadənin prodüseri Ərtoğrul bildirib ki, onlar da səsvermədə iştirak edəcəklər: “Nadir bəy və onun komandası dövlətin təsdiqlədiyi namizədlərin hamısını dəstəkləyir. Nadir Qafarzadə də hər kəs kimi parlament seçkilərində iştirak edəcək. Nadir bəy kimə səs verəcəyini heç kimə açıqlamır. Bu, Nadir Qafarzadədir, ola bilər ki, digər müğənnilər ad açıqlasın. Ancaq Nadir bəy gizli saxlamağı daha çox sevir”.
Müğənni Damla da səsvermə günü seçki məntəqəsinə gedəcək. Damlanın prodüseri Şamil İbrahimovun sözlərinə görə, müğəninin hətta kimə səs verəcəyi də bəllidir: “Özü Sumqayıtda yaşadığına görə, düşünür ki, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Hicran Hüseynovaya səs versin”.
Müğənni Zamiq Hüseynov da özünün səsvermə hüququndan istifadə edəcək tanınmışlar sırasındadır. Bunu onun meneceri Fuad bildirib: “Zamiq bəy seçkilərdə iştirak edəcək, ancaq kimə səs verəcəyini deyə bilmərəm. Çünki, gizli saxlayır”.
Müğənni Xumar Qədimovanın prodüseri Tahirə Məmmədqızı isə deyib ki, Xumar xanım dövlətin hər bir qayda-qanununa əməl edən insandır: “Parlament seçkilərində də iştirak edəcək, ancaq namizədinin adını açıqlamaq istəmir. Qoy sirr qalsın”.
MİA.AZ
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar