Ronaldo "Qalatasaray"la məzələndi

img

18-09-2013 [09:54]


"Bundan yaxşı başlanğıc ola bilməz. Altı qol vurmaq bizə böyük ümid verir. Çempionlar Liqasına belə start vermək çox gözəldir”.

Bu sözləri Madrid "Real”ının hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray”a 6:1 hesabı ilə qalib gəldikləri oyun haqda danışarkən deyib.

Portuqaliyalı ulduz futbolçu rəqibi hər cəhətdən üstələdiklərini bildirib: "Rəqibimiz komplektləşmiş bir komandadır. Ancaq ilk qolu vurduqdan sonra rahatlaşdıq. Oyun boyu üstün tərəf olduq. İlk dəqiqələrdən rəqibimizin xeyli qol epizodu oldu. Ancaq qola imkan vermədik”.

Ronaldo qapıçı İker Kasilyasın zədəli olması haqda da danışıb. Qeyd edib ki, onun yoxluğu "Real” üçün böyük itkidir: "Kasilyasın zədələnməsi komandamızı çətin vəziyyətə qoya bilər. Ancaq əminəm ki tezliklə sağalıb sıramıza dönəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA