Terim "Real"a biabırçı məğlubiyyətdən danışdı

img

18-09-2013 [09:52]


"Belə hesabla bitən oyunlardan sonra çox danışmağa ehtiyac yoxdur. Ancaq deyilesi çox söz var. Ağır şəkildə üç xal itirdik. Xeyli qol epizodumuz oldu. Biz onlardan istifadə edə bilmədikcə, rəqib qol vururdu. Bu hesaba görə azarkeşlərdən üzr istəyirəm”.

Bunu  "Qalatasaray”ın baş məşqçisi Fatih Terim "Real”a böyükhesablı (1:6) məğlubiyyətdən sonra deyib.

Yaxşı oynamalarına baxmayaraq "Real”la bacarmadıqlarını deyən təcrübəi mütəxəssis oyunun qırılma anının birinci qoldan sonra baş verdiyini bildirib: "Əslində 6:1 hesablı oyunda qırılma anı olmur. Ancaq elə birinci qoldan sonra çox şey həll olundu. Komandam oyunda çox şey etdi. Lakin rəqib səhvlərimizi bağışlamadı. Bəlkə də başqa qapıçı olsaydı, Melonun baş zərbəsinin qarşını ala bilməzdi”.

Fatih Terim zədələnərək oyunu davam etdirə bilməyən Didye Droqbanın durumu haqda da danışıb: "Məncə, ciddi problem yoxdur. Sabah onun vəziyyəti haqda dəqiq məlumatımız olacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA