Oljas Süleymenov 20 Yanvar faciəsinin ildönümü ilə bağlı Almatıda keçirilən tədbirdə - Çıxış + FOTOLAR
20-01-2020 [20:11]
Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə Qazaxıstanın Almatı şəhərində “Qanlı Yanvar - müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti təşkil olunub.
Mia.az xəbər verir ki, tədbirə Qazaxıstanın nüfuzlu ictimai siyasi xadimləri və diplomatlarla yanaşı, 20 yanvar 1990-cı ildə Bakıya sovet qoşunlarının yeridilməsinə kəskin etirazı ilə yadda qalan və xalqımızın sevimlisinə çevrilən məşhur dövlət adamı, yazıçı Oljas Süleymenov da qatılıb.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, 20 yanvar faciəsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi: "Amma Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, Azərbaycan xalqını ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq səlnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi".
Diplomat Qazax xalqının Oljas Süleymenov kimi böyük ziyalılarının simasında hər zaman Azərbaycan xalqının yanında olduğunu, ən ağır dövrlərdə dəstək göstərdiyini ifadə edib.
20 yanvar faciəsi zamanı Azərbaycan xalqına dəstəyini açıq şəkildə ifadə edən, SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaldan, hadisələrin canlı şahidi, Azərbaycanın böyük dostu, Qazaxıstanın nüfuzlu dövlət xadimi Oljas Süleymenov isə bildirib ki, bu cür vandallıq aktları qəlblərdə və düşüncələrdə xoş iz buraxmasa da, bizə tarixdən dərs çıxarmağı öyrədir.
Sitat: “1990-cı il 20 yanvar bütün Azərbaycan və şəxsən mənim üçün xatirə günüdür. Orda olduğum üçün şanslı olduğumu söyləyə bilməyəcəm. Çünki o acılı -ağrılı günlər ömürlük xatirəmə həkk olundu. Biz “Qara Yanvar”ı “müstəqilliyə aparan yol” adlandırırıq. Amma bu cür faciələr tarixdə, qəlblərdə, düşüncələrdə xoş iz buraxmır. Bu gün bənzər hadisələr hələ də dünyanın bəzi ölkələrində davam edir. Bakıda olanlardan dərs çıxarmaq lazımdır. Özlərini siyasətçi aldlandırıb xalq adından danışıb, xalqı üçüruma aparanlara qarşı daha dəqqətli olmaq lazımdır. O dövrdə Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid olunmasından, təqiblərə məruz qalmasından istifadə edən qüvvələr Azərbaycanda “Qanlı yanvar” faciəsini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini törətdilər. Düşünürəm ki, dünyanın nadir siyasət adamlarından olan Heydər Əliyev hakimiyyətdə olsaydı, onun uzaqgörənliyi ilə bütün bu hadisələr baş verməzdi və müstəqlliyə aparan yol tamamilə başqa cür ola bilərdi. “Qanlı Yanvar” hadisələri Heydər Əliyevin Azərbaycana, qəlbən bağlı olduğu doğma xalqının taleyinə və ağrı-acılarına əsl övlad münasibətini bir daha bariz şəkildə ortaya qoydu”.
Anım tədbiri çərçivəsində 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib və gənc pianoçu, beynəlxalq mükafatlar laureatçısı Fəqan Həsənlinin ifasında şəhidlərin xatirəsinə həsr olunan musiqi proqramı təqdim olunub. Azərbaycan və dünya klassiklərdən seçilmiş əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.



Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR