Ançelotti: "Droqbayla Sneyderi zərərsizləşdirəcəyik"

img

17-09-2013 [10:24]



"Droqba və Sneyderi yaxşı tanıyıram. Amma onları zərəsizləşdirmək üçün əlimizdən gələni edəcəyik. Fatih Terim çox güclü baş məçqçidir. Onunla yaxşı münasibətlərimiz var. Öz tarixini yazır. Onunla problemim yoxdur. Yalnız qalib gəlməyi düşünürük".

Bu sözləri "Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyun öncəsi deyib.

Komandanın hazırkı durumu haqqında da danışan italiyalı mütəxəssis bunları bildirib: " İki qapıçımız da çox yaxşı səviyyədədir.Kasilas təcrübəli olduğu ÇL üçün yaxşı seçim ola bilər. Arbeloa da forma geyə biləcək. Beyl də oynaya biləcək səviyyədədir".

Qeyd edək ki, "Qalatasaray" - "Real" matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA