Fatih Terim “Real”la oyundan danışdı

img

16-09-2013 [22:05]


"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasının qrup mərhələsində sabah "Real”la (Madrid) keçirəcəkləri oyun öncəsi mətbuat konfransı keçirib.

O, ötən mövsüm "Real”la ÇL-in 1/4 finalında qarşılaşdıqları matçlarla müqayisədə sabahkı görüçün o qədər də önəmli olmadığını söyləyib: "Çünki bu dəfə sabahkı oyundan sonra daha 5 matç oynayacağıq. Bu oyundakı nəticə qrupun taleyini həll etməyəcək. Ötən mövsümlə budəfəki arasında ən böyük fərq budur. "Real"ın bizə qalib gəlməsi normal nəticə ola bilər. Amma biz də mübarizə aparacağıq"".

Komandasının qrupda neçə xal toplamasını hədəf seçmələri ilə bağlı suala cavabında Terim bunları söyləyib: "Hansısa rəqəm desəm, səhv edə bilərəm. "Real"ın favorit olduğu bir qrupda oynayırıq. Hər matçı yüksək səviyyədə oynamalıyıq. Ötən mövsüm qrup mərhələsində sona üç tur qalmış bir xalımız vardı. Amma növbəti mərhələyə adladıq. Ümid edirəm ki, iki rəqəmli xal yığıb qrupdan çıxacağıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA