"Yalançı göz yaşları, ürəkgetmələr, yıxılmaqlar..." - Məşhurlar Xoşqədəmə görə üz-üzə gəldilər
MƏDƏNİYYƏT
13.01.2020, 14:14
Məşhur aparıcı Aytən Səfərovanın Tovuzda vəhşicəsinə öldürülərək meyiti yandırılan Nərmin haqqında nir neçə gün əvvəl etdiyi çıxışı diqqət çəkib.
Aparıcı ATV telekanalında yayımlanan “Bizimləsən” layihəsində hadisə barədə müqayisələr aparararq, Nərminin ölümündə günahı bir az da olsa jurnalist mövqeyinin səhv təqdimatında görüb.
O, həmçinin adını qeyd etmədiyi jurnalist (Xoşqədəm Hidayətqızı) həmkarına səslənərək “mən sənin izinə düsmüşdüm, ay cinayətkar“ dediyini xatırladıb:
“Balaca Nərminin belə faciəvi ölümündə öz öhdəliyini sonadək bilməyən, hər addımını aləmə car çəkən qeyri-peşəkar jurnalist (hətta jurnalistikanın sonadək nə olduğunu anlamayaraq aparıcılıq edən) həmkarlarımın da “əməyi” var!”
Xalq artisti Brilliant Dadaşova da İnstaqramda status yazaraq aparıcının sözlərinə dəstək verib. Məşhur müğənnimiz da 10 yaşlı Nərminin öldürülməyində Xoşqədəm Hidayətqızını ittiham edib:
“Əziz dostlar, çox gözəl bilirəm ki, bu videonu paylaşacağam və onsuz da ayağımın altını qazmaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə ələyib, sıx toxumaqdan bixəbər, yüz ölçüb, bir biçə bilməyən insanlar ictimai proqram aparmamalıdır. Bir körpənin həyatı ilə oynanıldı. “Susaq” deyirem, uşağın ağlamaq səsi qulağıma gəlir. Kaş o proqramda hədə-qorxu gəlmək əvəzinə deyəydiniz ki, “gəl, sənə muştuluq, hədiyyə verəcəyik”. Psixoloji cəhətdən anormal insanı tovlayıb ortaya çıxarmaq daha da asan olardı, amma harda... Bu video üçün Zaur və Aytən Səfərovaya təşəkkür edirəm. Az da olsa yaramıza məlhəm sürdünüz”.
B. Dadaşovanın bu paylaşımı isə şou-biznes nümayəndələri arasında gərginlik, mübahisə yaradıb. Ona əvvəlcə aktyor-aparıcı Sərxan Kərəmoğlu cavab yazıb.
Sənətçinin həmkarlarından onunla razılaşmayanlar da olub. S. Kərəmoğlu B.Dadaşovadan belə sözlər yazmağını gözləmədiyini bildirib:
“Sənətkar bacım, çox razı olmaq istərdim sizinlə, amma razı deyiləm. Birincisi, Zaur heç nə bu barədə zidd olaraq danışmayıb, o ki qaldı Aytənə, çox savadsızcasına həmkarını vurmaqla yanaşı, xalqa Moskvada baş vermiş terror haqqında səhf informasiya verib. Xalqı səhv döngədən döndərmək buna deyiblər. Görünür ki, sizi də döndərməyi bacarıb. Bravo Aytənə. O ki qaldı Xoşqədəmə, Xoşqədəm bu iki ay içində əlindən gələni etdi ki, uşağı qaytara bilsin. Onun istifadə etdiyi kəlmələr əksinə bir cinayətkarı yoldun qaytara bilərdi və necə ki, o bunu dəfələrlə bacarıb. Ölkədə axtarış proqramı Xoşqədəmdə olduğu üçün onun yanına gəlib müraciət ediblər. Xoşqədəm nə bilirdi harda kim itib?
Mən sizdən bu mövzu ilə bağlı başqa münasibət gözləyirdim, açığı. Məsələn, siz yaza bilərdiz niyə axı axtarış vaxtı bu uşaq tapılmayıb? Niyə uşağı düzgün axtarmayıblar ki, tapsınlar? Gərək cənəb Prezident işə qarışaydı və sonra? Bunları sizdən gözləyərək nə ilə üzləşdim. Üzdünüz məni. Siz bu xalqın açıq sözlü, savadlı sənətkarısınız imkan verməyin ki, hissləriniz yalanla dolu şou edən birinə inansın, lütfən. Zaur mənim dəyər verdiyim biridir ona heç bir iradım yoxdur. Gərək olmazdı”.
Müğənni Günel Ələkbərova (Pişik Günel) də bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən həll olunmalı olduğunu yazıb:
“Bəli, elə mən də iki gün öncə eyni fikirləri burada paylaşmışdım. Bəzi öyrədilmiş 3-5 cahil insanlar da məni tənqid atəşinə tutmuşdular. Amma yenə deyirəm, qəsdən adam oğurlama kimi kriminal hadisələri bu dərəcədə reytinq xatirinə sosiallaşmamalıdır. Rəqabət xatirinə efirdə insanların hissləri ilə, həyatları ilə oynamaq olmaz. Bu nə özbaşınalıqdır? Kasıb, fağır, dərdli insanları yığıb, 3-5 mətləbə dəxli olmayan “ekspertlər”, qurulmuş saxta ssenarilər, yalançı göz yaşları, ürəkgetmələr, yıxılmaqlar və s. Ayıbdır, vallah, efirdən baxan sağlam tamaşaçı da, bəlkə artıq xəstəlik tapıb. Kənardan hər şey aydın görünür. Ayıbdır, insan olun! Hərə öz işi ilə məşğul olmalıdır. Özünə aid olmayan işlərə baş soxmaq olmaz. Biz elə bir dövlətdə yaşayırıq ki, şükürlər olsun. Ölkəmizdə yetəri qədər hüquq-mühafizə orqanları, instansiyalar var. Və bu kimi kriminal hadisələr cinayət-axtarış əməkdaşları, polislər tərəfindən tədbir qurulub, gizli şəkildə axtarılmalıdır”.
Müğənni Elnarə Xəlilova da bu tip mövzuların efirdə müzakirəsinin əleyhinə olub:
“Qısaca onu deyə bilərəm ki, hər hansı cinayət xarakterli iş üzrə istintaq gedə-gedə cinayətkara həftə içi 5 gün serial şəklində bütün keçmişdə atılmış və gələcəkdə atılacaq addımlar barəsində reytinq xətrinə (Belə pul qazanmaq olmaz. Nərminlərin ahı tutar...) hər hansı tv verilişdən məlumat ötürmək və bu minvalla cinayətkarı daim kursda saxlamaq olmaz! Allah bilir cinayətkarlar veriliş gedə-gedə neçə dəfə uşağın yerini dəyişiblər belə verilişlərin sayəsində. Ay Azərbaycan vətəndaşları, Nərminin başına gələn hər birimizin başına gələ bilər. Qanun var, qayda var. Adamın özünün vicdanı və şərəfi olmalıdı ki, bunu eləməsin. Sizdən artıq dərəcədə xahiş edirəm, əgər belə verilişlərin TV-lərdə olmasını istəmirsinizsə, müraciətlər edin. Ürək sözlərinizi yazın. Bu mənim ölkə başçısına və onun xanımına müraciətimdir. Bir azdan bu müraciəti bütün saytlar yazacaq və görməyən qalmayacaq. Xahiş edirəm, rəylərinizdə aktiv olun və fikirlərinizi eynilə mənim kimi aydın şəkildə əsaslandırın ki, bu yazını başqa yerə yozmasınlar və obyektivlik qorunub saxlanılsın. Bu, çox önəmlidir. Hər kəsə öncədən təşəkkür edirəm! Duyarlı olaq ki, Nərminlər ölməsin!”
Xanım sənətçi rəylərdə ona qarşı çıxan Sərxan Kərəmoğlu ilə də mübahisə edib:
“Elya, etmə, olmaz. Siz də qoşulun bu ucuz insanlara görək sonumuz nə olur. Xoşqədəm axı pis heç nə etməyib hansısa cinayətin istintaqına mane olmayıb. Valideyn gəlib öz övaladın axtarmağa və onların da istəkləri yerinə yetirilib. Aparıcı heç bir səhvə yol verməyib ki, onun sözünə görə uşağa nəsə etsinlər. O uşaq itkin düşən zaman niyə birimiz belə bir paylaşım edib Nərmini axtarmadıq? Niyə? Xoşqədəm ki, etmişdi bunu baxmamışdız? Eşitməmişdiz? Çox üzülürəm, Elnarə sən səlis və düz qızsan, uyma bəzi şeylərə. Sənin savadına və xanımlığına yaraşmaz. Bir ana kimi də susmaq yaraşmaz, amma indi deyil, ötən il ən azından. Sənin də hisslərinə hakim ola bilməyən zamanların olur hamımızdakı kimi. Bir vaxtlar Zauru istədin ki, yığışdırsınlar efirdən 5/5 verlişi yazdın ki, xalqın pis maariflənməsinə xidmət edir, sonra səni orda dəfələrlə gördüm. Etmə, bacı etmə. Bu gün ölkədə öz qabında sosial iki veriliş var ki, onlar da bacardıqları qədər xalqa kömək ola bilirlər. Salmayın onları həvəsdən. Sındırmayın”.
E.Xəlilova isə aktyora bu məsələyə qarışmamağı məsləhət görüb:
“Məni Zaurun verilişində yalnız veriliş məni qane edəndə görə bilərsən, Sərxan. Heç sən də etmə. Məncə, arvad söhbətinə qarışma. Bu da sənə yaraşmaz”.
Əməkdar artist Nüşabə Ələsgərli də efirdə polisin işinə qarışılmamalı olduğunu yazıb: “Olmaz! Hüquq-mühafizə orqanları televiziyaya deməlidir ki, “Saxla bu mövzunu”.
Yenisabah.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Kolumbiyada təyyarə qəzaya uğradı: türk iş adamı və 4 sərnişin həlak olub
Bugün, 00:55 DÜNYA
-
İCRA BAŞÇISI FEYSBUK-DAKI SƏHİFƏSİNDƏ "İSLAHAT" APARIR: "Belə bir hal olarsa, xahiş edirəm, yanlış anlamayın və..."
Bugün, 00:48 SİYASƏT
-
İstanbuldan qalxan biznesmenin təyyarəsi enişdə alovlandı - Pilotlar sərxoş imiş (FOTOLAR)
Bugün, 00:35 DÜNYA
-
Pakistan Hindistana nota verdi - İki ölkə arasında gərginlik yenidən böyüdü
Bugün, 00:27 GÜNDƏM
-
Şirvanda "Memarlıq ili"nə "töhfə": binaların aqlayları sökülür, fasad boyalanır, o da ki...
Bugün, 00:15 CƏMİYYƏT
-
YOXLAMA BİTDİ: idarə rəisi, müavin və şöbə müdiri vəzifədən çıxarıldı, müşavirə isə yüksək post həvalə olundu
Bugün, 00:03 GÜNDƏM
-
YANACAQ ZƏNCİRİ QIRILDI, NEFT SÜRƏTLƏ BAHALAŞIR: bir çox dövlətlərdə etirazlar başladı - Dünya qarşısıalınmaz böhrana sürüklənir
Bugün, 00:02 İQTİSADİYYAT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
FED uçot dərəcəsi barədə qərar verdi - 3 ildən sonra artım...
16.09.2026, 23:02 İQTİSADİYYAT
-
Azərbaycanda zəlzələ oldu
16.09.2026, 22:51 CƏMİYYƏT
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb ölüb
16.09.2026, 22:21 CƏMİYYƏT
-
2027-nin büdcəsi: neftin qiyməti nə qədər proqnozlaşdırılıb?
16.09.2026, 21:16 İQTİSADİYYAT
-
Əli Nağıyev Qazaxıstanda tədbirdə: "Regional təhlükəsizliyə təhdidlər sırasında..."
16.09.2026, 20:09 SİYASƏT
-
Arzuların çiçək açdığı təhsil ocağı - Heydər Əliyev adına məktəbdən reportaj (FOTOLAR)
16.09.2026, 18:26 CƏMİYYƏT
-
Avqustda 179 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib
16.09.2026, 18:12 GÜNDƏM
-
SOCAR Afrikada neft-qaz yatağından pay aldı
16.09.2026, 18:00 İQTİSADİYYAT
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Əfqanıstanda görüşlər keçirib
16.09.2026, 17:56 DÜNYA
-
Türkiyə və İran XİN başçıları müzakirə apardı - Telefonda
16.09.2026, 17:49 DÜNYA
-
"Yelo Bank"ın Müşahidə Şurasının üzvü bankdan ayrılıb
16.09.2026, 17:37 İQTİSADİYYAT
-
Səudiyyə Ərəbistanına ard-arda hücum: neft obyektləri, hava bazası, F-15 vuruldu - "Dayanmayacağıq, davamlı hücumlarımız olacaq"
16.09.2026, 17:25 GÜNDƏM
-
Prezident sükan arxasında - VİDEO
16.09.2026, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.09.2026, 17:00 İQTİSADİYYAT
-
Badamdarda evdə partlayış olub, bir nəfər xəsarət alıb
16.09.2026, 16:54 CƏMİYYƏT
-
Səlçuk Bayraktar paylaşdı - AKINCI-dən atılan SUNGUR raketi hədəfi dəqiqliklə vurdu (VİDEO)
16.09.2026, 16:33 GÜNDƏM
-
Domeniko Tedesko 4 oyun sonra istefaya göndərildi
16.09.2026, 16:21 İDMAN
-
Şahin Mustafayev Federasiya prezidenti seçilib
16.09.2026, 16:06 İDMAN
-
"Leytenant" rütbəsi ilə bağlı hərbi qanunlar dəyişir - DETALLAR
16.09.2026, 16:05 GÜNDƏM
-
Prezident deputatı təltif etdi - Sərəncam
16.09.2026, 15:59 GÜNDƏM
-
İCRA HAKİMİYYƏTİNDƏ ƏMƏLİYYAT: iki nəfər həbs edildi, başçı vəzifədən azad olundu (YENİLƏNİB)
16.09.2026, 15:47 GÜNDƏM
-
Xankəndi və Füzulidəki incəsənət məktəbləri Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
16.09.2026, 15:34 MƏDƏNİYYƏT
-
Universitetin birinci kurs tələbələrini təhdid edənlər haqqında araşdırma başlayıb
16.09.2026, 15:29 CƏMİYYƏT
-
"Siz videoda butulka görürsünüz?" - Baləli ilə meyxanaçı toyda dalaşıblar
16.09.2026, 15:22 ŞOU-BİZNES
-
"Qalatasaray" 30 milyon avroya aldığı futbolçunu yola salmaq üçün yol axtarır
16.09.2026, 15:06 İDMAN
-
Avropa İttifaqından Kanadaya jest - "Assosiativ üzv" statusu təklif olunub
16.09.2026, 14:57 DÜNYA