Məzahir Pənahov: “Namizədlərin seçicilərlə görüşməsi üçün lazımi şərait təmin olunub”

img

13-01-2020 [13:44]


"Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə namizədlərin seçiciləri ilə görüşməsi üçün lazımi şərait təmin olunub".

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bütün seçki dairələrində namizədlərin öz seçiciləri ilə görüşməyi üçün ciddi tələblərə cavab verən yerlər ayrılıb: “Həmin ərazilər MSK tərəfindən yoxlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq açıq və qapalı yerlər ayrılıb. Həmin yerlər rəsmi şəkildə mətbuatda da dərc edilib. Namizədlər sərbəst şəkildə ayrılmış yerlərdə seçiciləri ilə görüşə bilərlər”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR