DSK sədri namizədi döyüb - Müsavat başqanı iqtidara səsləndi

img

09-01-2020 [19:42]


"Seçkilərlə bağlı hələlik ən böyük qanun pozuntuları Zaqatalada baş verir".

Mia.az xəbər verir ki, bu sözləri Müsavat başqanı Arif Hacılı sosial şəbəkədəki hesabında yazıb.

O bildirib ki, 110 və 111-saylı dairələrdə namizədlərin sənədləri qəbul edilmir, namizədlərə imza vərəqələrinin verilməsindən imtina olunur: "110 saylı dairə seçki komissiyasının sədri Fikrət Mustafayev xuliqanlıq edib. Namizədlərdən birinə fiziki təziq göstərib.


Müsavat Partiyasının namizədi Saleh Soltanova, hətta MSK-dan tapşırılsa da bu gün də imza vərəqələri verilmədi...".

Partiya sədri deyib ki,  hətta sovet dövrünün raykom katibləri yerli əhali ilə belə davranmayıb: "Ümid edirəm ki, burada yazdıqlarımdan hərə özü üçün nəticə çıxaracaq və biabırçı davranışlara son qoyulacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR