MM-dəki 125 yerə qarşı 2264 nəfər seçkiyə qatılıb - MSK son məlumatı açıqladı

img

05-01-2020 [15:51]


"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 namizəd müraciət edib".

Mia.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 2216 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1976 nəfəri isə artıq imza vərəqələrini alıb. 394 nəfərin namizədliyi qeydə alınıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA