Sabir Rüstəmxanlının deputatlığa namizədliyi qeydə alındı 

img

05-01-2020 [22:33]


Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlının 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Mia.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkədə məlumat paylaşıb.

VHP sədri bildirib ki, bu gün 61 saylı Neftçala Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyi təsdiq olunub: "Bu gün qeydiyyat vəsiqəsini aldım. Mənə yardımçı olan və namizədliyim üçün imzalarını əsirgəməyən bütün neftçalalılara dərin təşəkkürümü bildirirəm. İnanıram ki, onlar seçki günü də eyni fəallıgı nümayiş etdirəcəklər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA