"Son 3 ayın psixoloji yorğunluğu özünü biruzə verir"

img

13-09-2013 [23:06]


"Vladislav Qədirovu "Rəvan”a baş məşqçi təyin olunması ilə təbrik edirəm. Ötən turdakı qələbə və bugünkü heç-heçə göstərir ki, komanda onun göstərişlərini uğurla yerinə yetirir. Vurduğumuz qol mənim üçün gözlənilməz oldu. Heyətlə bağlı problem olanda istədiyimiz oyunu göstərə bilmirik". 

Bu sözləri "Qarabağ"ın baş məşqşisi Qurban Qurbanov Topaz Premyer Liqanın 6-cı turunda "Rəvan"la oyundan (1:1) sonra deyib.

O, növbəti dəfə xal itkisini komandanın psixoloji yorğunluğu ilə əlaqələndirib: "Bəlkə də son 3 ayın psixoloji yorğunluğu özünü biruzə verir. Futbolçulara iradım yoxdur, qələbə üçün oynayırdılar. Alınmadı, hər şey ola bilər. Komandaya iki günlük istirahət veriləcək, Admir Teli, Nikolas Gelaşvili və Ulrix Kapolonqo milli komandaların düşərgələrindən təzə qayıdıblar”
1043 dəfə baxılıb

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA