PARLAMENT SEÇKİSİ: daha bir partiya seçkiyə qatıldı + SİYAHI

img

04-01-2020 [15:20]


Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyaların sayı artıb.

Mia.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.

Aydın olub ki, Vahid Azərbaycan Partiyasında seçkiyə qatılıb və sözügedən partiyanın səlahiyyətli nümayəndəsi bugünkü iclasda qeydə alınıb.

Xatırladaq ki, VAP-la yanaşı, 21 partiya seçkiyə qatılıb: Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınmışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR