Ləman Ələşrəfqızı da deputatlığa namizədliyini irəli sürdü

img

21-12-2019 [19:10]


Tanınmış jurnalist, “Real TV”nin əməkdaşı Ləman Ələşrəfqızı deputatlığa namizədliyini irəli sürüb. 

Mia.az xəbər verir ki,  bu barədə o, "Facebook"dakı səhifəsində yazıb.

Jurnalist bildirib ki, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizəd olacaq.

O, təşəbbüsün anadan olduğu Oğuz sakinlərindən gəldiyi qeyd edib: “Mənə səs versəniz millətimə və dövlətimə layiq deputat olacağıma söz verirəm”.

Xatırladaq ki, hazırda Milli Məclisdə 117 saylı Oğuz-Qəbələ seçki dairəsini YAP-ın üzvü Aqiyə Naxçıvanlı təmsil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR