"Onu da yarıyolda buraxıb qaçaqsınız" - ReAL-dakı qovğa parlament seçkiləri ilə bağlıdır?

img

08-11-2019 [15:31]


İki gün əvvəl ReAL partiyasının məclis başqanı Azər Qasımlının vəzifəsindən istefa verməsi adıçəkilən siyasi təşkilatdakı qovğaları qızışdırıb.

Mia.az xəbər veir ki, partiya funksioneri Erkin Qədirli yenidən bu fakta toxunaraq, Azər Qasımlıya mesaj verib: "ReAl-dan hər kəs gedə bilər. Amma getməyi də bacarmaq lazımdır. Siz getmədiniz, qaçdınız. "ReAl-ın gəmisi batır" deyə düşündünüz, bəlkə, bilmirəm. Elədirsə, tələsdiniz. ReAl-ın gəmisi nəinki batmır, o, hələ heç dənizə çıxmayıb, limandadır, lövbərdə dayanıb uyğun hava gözləyir. Uyğun hava nədir? Qarşıdan gələn parlament seçkiləri".

O deyib ki, ReAl sədri İlqar Məmmədova çoxlu sualı var: "Demokratik olsa da, amma intizamsız və səmərəsiz Məclislə seçkilərə getməyi doğru saymayan İlqar Məmmədova mənim də çoxlu sualım var.

Biz onun təklifləri haqqında hələ çox danışasıyıq. Ortada hələ heç nə yoxdur. Belə bir durumda "İlqar diktarura qurur” deyib ReAl-dan getmək, yumşaq desəm, uğursuz addımdır. Belə bir baqajla bundan sonra yeni partiya qurmağa girişsəniz də, uğurlu nəsə alınası deyil. Onu da yarıyolda buraxıb qaçaqsınız. Xasiyyətlər qarşıdurmasına, ambisiyalar toqquşmasına "prinsipiallıq" donunu geyindirməyin. Ambisiyalar yaxşı şeydir. Onların toqquşması da gözəl ola bilir. Amma buraya prinsipləri qatmayın. Prinsip başqa şeydir, onu anlaşmış deyilsiniz, göründüyü qədərilə".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA