Türkiyə liqinin bombardiri İtaliya yolunda!

img

02-09-2013 [12:54]


"Qalatasaray" klubunun prezidenti Ünal Aysal son transfer planları haqqında açıqlamalar verib. Klub prezidenti uzun müddətdir ki, maraqlandıqları "Sportinq"in futbolçusu Bruno məsələsində sona gəldiklərini bildirib: 

"Hazırda müqavilə şərtləri barədə danışıqlar gedir. Bruno baş məşqçi Fatim Terimin istəyi ilə uzun müddətdir transfer etmək istədiyimiz oyunçudur. Ancaq onun klubu ilə yaşadığı problemlər səbəbindən bəlkə də aylar öncə bitəcək bu iş transferin son gününə qaldı. Bu gün Bruno ilə bağlı rəsmi açıqlamanı verəcəyik".

Burak Yılmazın komandadan ayrılıb-ayrılmayacağı haqda da danışan klub prezidenti "Latsio"nun rəsmi təklif göndərəcəyi və futbolçunu getmək istəyəcəyi təqdirdə bu transferə razılıq verəcəklərini qeyd edib: "Bu gün Buraka "Latsio"ya getmək istəyib-istəmədiyini soruşacağıq. Əgər o razılıq verərsə, Burak böyük ehtimalla İtaliya klubunda olacaq".

qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA