UEFA “Fənərbaxça”nın yolunu yenidən kəsdi

img

29-08-2013 [00:07]


"Fənərbaxça" klubu iki il ərzində Avropa kuboklarında oynaya bilməyəcək.

Belə ki, Beynəlxalq Arbitraj Məhkəməsi UEFA-nın İstanbul klubunun iki illik avrukuboklardan uzaqlaşdırılması ilə bağlı qərarını təsdiqləyib.

Qeyd edək ki. bundan əvvəl məhkəmə qitənin ali futbol qurumunun verdiyi bu qərarı dondurmuşdu. Bu səbəbdən "Fənərbaxça” Çempionlar Liqasının pley-off mərhələsində oynaya bilirdi.

Ancaq bu gün verilən son qərara əsasən "Fənərbaxça"nın iki il avrokuboklardan kənar qalacağı rəsmiləşib. UEFA-nın bu qərarı bu ildən qüvvəyə minib.

Qeyd edək ki, İstanbul təmsilçinin danışılmış oyunlarda iştirakı sübuta yetirildiyi üçün belə qərar çıxarlıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA