Nazarbayev türk prezidentlərinə yeni təklif verdi

img

15-10-2019 [14:24]


Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev şuranın adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsinə təklif edib.

Bu təklifi N.Nazarbayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti zamanı səsləndirib.

"Mənim iki təklifim var. Birincisi "Türk Baxışı 2040” proqramı hazırlansın. İkincisi Türkdilli ölkələr Şurasının adının Türk Ölkələrinin Təşkilatına dəyişdirilməsidir. Hesab edirəm ki, şuranı təşkilat səviyyəsinə qaldırmaq mümkündür. Bununla əlaqədar şuramızı Türk Ölkələrimizin Təşkilatı adlandıra bilərik”.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə təşkilatın üzvləridir. Macarıstan isə müşahidəçidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA