"Nöqsanların aradan qaldırılması işinə xüsusi diqqət ayrılır” - Zeynal Nağdəliyev

img

11-10-2019 [11:53]


"Seçici siyahıları dürüst hazırlanmalıdır. Yəni kimsə deməsin ki, adım seçici siyahısında yoxdur. Yoxdursa, dərhal əlavə edilməlidir. Prosesə məsuliyyətlə yanaşmaq lazımdır”.

Bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib. 

Onun sözlərinə görə, Prezident İlham Əliyev dünyada hər kəsi başa salır ki, ölkədə seçki şəffaf keçirilir, buna kimsə kölgə sala bilməz: "Prezidentin qarşımıza qoyduğu tapşırıq odur ki, seçkilər şəffaf keçirilsin. Bu istiqamətdə təcrübə toplamışıq. Nöqsanların aradan qaldırılması işinə xüsusi diqqət ayrılır”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA