Azərbaycanda yeni seçki məntəqələri yaradılır

img

08-10-2019 [17:13]


Azərbaycanda yeni seçki məntəqələri yaradılır.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında məlumat verilib.

MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Komissiyanın qərarı ilə seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla, 14 saylı Xəzər və 28 saylı Sabunçu üçüncü seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə seçki məntəqələri yaradılacaq.

Komissiyanın iclasında həmçinin 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının tərkibində də dəyişiklik edilib.

Gündəliyə daxil edilən məsələlər səsverməyə çıxarılaraq qəbul edilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA