Eldar Əzizov Müsavatın müraciətinə müsbət cavab verdi - Partiyaya yer ayrıldı

img

07-10-2019 [13:52]


Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasına qurultay üçün yer ayırıb.

Bu barədə İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə,  partiyanın bununla bağlı müraciətinə baxılıb: "Qurultayın oktyabrın 12-də Bakının Binəqədi rayonunda yerləşən "Büllur” şadlıq sarayında (keçmiş "İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib".

Xatırladaq ki, Müsavat Partiyasının başqanı vəzifəsi uğrunda hazırki başqan Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı mübarizə aparırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA