Rza İbadov parlament seçkilərinə qatılacaq? - Sabiq deputatdan açıqlama

img

06-10-2019 [15:27]


Keçmiş deputat, hazırda Londonda yaşayan Rza İbadov Bakıya gəlməyi planlaşdırır.

Mia.az xəbər verir ki, Rza İbadov özü bu barədə "Modern.az"ın əməkdaşı ilə danışarkən bildirib: "Azərbaycan mənim vətənimdir. Güman ki, yeni ildə Bakıya gələcəm”.

Həmçinin eks-deputat  2020-ci ildə keçirilməsi nəzərdə tutulan parlament seçkilərindən də söz açıb: "2020-ci ilin parlament seçkilərinə qatılmaq və deputat olmaq fikrim yoxdur”.

Qeyd edək ki, Rza İbadov 1995-2000-ci illərdə Milli Məclisin deputatı, eyni zamanda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədri olub.

2005-ci ildən sonra isə Azərbaycanı tərk edib və İngiltərəyə köçüb. O, Londonda daşınmaz əmlak biznesi ilə məşğul olan özəl bir şirkət qurub.

Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA