Rəsmi Bakıdan "Qarabağ"ın oyununda baş verən təxribata - Reaksiya

img

04-10-2019 [10:57]


"Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib" - L. Abdullayeva bildirib.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Düdelanj"ı məğlub edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA