ABŞ səfiri: “Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda sabitliyin ixracatçısıdır"

img

02-10-2019 [19:10]


"Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda sabitliyin ixracatçısıdır".  

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger "Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə öz iqamətgahında təşkil etdiyi ziyafətdə bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Gürcüstan, Türkiyə və Avropa İttifaqının enerji təhlükəsizliyinə strateji töhfə verir: "Güclü, suveren və müstəqil Azərbaycan bölgədəki sabitliyin lövbəridir”. 

"Enerji sektorunda tərəfdaşlığımızın tarixində bu əsas addıma nəzər salarkən ABŞ Xəzər dənizinin enerji ixracatının növbəti uğurlara çatması üçün yeni nəsil texnologiyalar və xidmətlərdən istifadə etməklə bu sahədə Azərbaycan, Böyük Britaniya və digər ölkələrdən olan şirkətlər və mütəxəssislərlə əməkdaşlığı davam etdirməyə ümid edir", - deyə səfir qeyd edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 14.01.2026

Sabah qar yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA