14-08-2013 [21:46]
Türkiyə prezidenti Abdulla Gül Türkdilli Ölkələrin Sammitində iştirak etmək üçün Azərbaycana gəlib. Modern.aztürk mətbuatına istinadən bildirir ki, A.Gül bu gün Azərbaycana yola düşməmişdən öncə Atatürk Hava Limanında mətbuata açlıqlama verib.
O, Türkiyə ilə birlikdə Azərbaycan, Qazaxıstan və Qırğızıstan tərəfindən imzalanan Naxçıvan Razılaşması ilə 2010-cu ildə qurulan Türk Birliyinin Türk Dünyası üçün ortaq əməkdaşlıq sahəsində önəmli dönüş nöqtəsi olduğunu vurğulayıb.
Xatırladaq ki,Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (TÖƏŞ) Azərbaycanda keçiriləcək III Sammitinin proqramına əsasən nəqliyyat və gömrük prosedurunun sadələşdirilməsi məsələləri Qəbələdə keçiriləcək Sammitin əsas mövzusu olacaq.
Sammit ərəfəsində, avqustun 14-də TÖƏŞ ölkələri Xarici İşlər nazirliklərinin yüksək vəzifəli şəxslərinin, avqustun 15-də isə xarici işlər nazirlərinin görüşü olacaq.
Sammit avqustun 16-da keçiriləcək. Təşkilatın
katibliyinin mətbuata verdiyi məlumata görə, ötən il ərazində türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi məqsədilə 20-dən çox görüş keçirilib.
4 ölkədən 15 universitetin daxil olduğu Türk Universitetləri Şurasının yaradılması barədə qərar qəbul edilib, ümumi türk terminologiyasının, o cümlədən türk lüğəti və toponimlər atlasının hazırlanması ilə bağlı Terminologiya üzrə Komitənin toplantısı olub.
TÖƏŞ ölkələri nəqliyyat nazirləri nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə protokol imzalayıblar, tərəflər həmçinin nazir müavinləri səviyyəsində Koordinasiya Şurasının yaradılması barədə razılığa gəliblər.
Bundan başqa, gömrük əməkdaşlığı üzrə işçi qrupu hazırda "Bir pəncərə” təcrübəsi əsasında TÖƏŞ ölkələri arasında gömrük prosedurunun sadələşməsi üzərində iş aparır.
Bütün bu qərarlar təsdiq üçün Qəbələ sammitində TÖƏŞ dövlət başçılarına təqdim olunacaq.
***APA-nın məlumatına görə, A.Gülü Qəbələ hava limanında Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, Qəbələ İcra Hakimiyyətinin rəhbəri Səbuhi Abdullayev, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyənin Azərbaycandakı səfiri İsmayil Alper Coşqun qarşılayıblar.
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər