Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının prezidenti ilə görüşdü

img

30-07-2013 [22:21]



Dünya Taekvondo Federasiyasının (DTF) prezidenti doktor Çunq Von Ço Bakıya növbəti səfərə gəlib. Növbəti 4 ildə DTF rəhbəri seçilməsindən sonra ölkəmizə səfəri zamanı Azərbaycan Taekvondo Federasiyasının prezidenti və DTF-in vitse-prezidenti Kəmaləddin Heydərovla görüşüb.

Rəsmilər qarşıdakı perspektivlər barədə ətraflı söhbət ediblər. DTF-in digər vitse-prezidenti, misirli Əhməd Fouli də paytaxtımızda tədbirlərə qatılıb.

DTF-in taekvondo üzrə nümunəvi çıxışlar qurupu da Bakıdadır. İyulun 29-da dənizkənarı milli parkda taekvondo qurupunun nümunəvi çıxışları keçirilib. Paytaxt sakinləri idmançıların təqdim etdikləri tryukları böyük maraqla izləyiblər.

Taekvondonun təbliğinə həsr olunmuş belə nümunəvi çıxışlar Sumqayıt və Qəbələ şəhərlərində də nəzərdə tutulub. Ölkəmizdə Cənubi Koreya respublikası nümayəndələrinin taekvondo ilə bağlı çıxışlarından başqa, mədəniyyət tədbirləri də keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA