Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vuruldu -YENİLƏNİB

img

25-07-2013 [02:07]


Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinə yekun vurulub. Son oyun günündə daha 4 oyun baş tutub.

Məhz bu oyunlardan sonra Çempionlar Liqasının III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib. Çexiyada "Ludoqorets" "Slovan"ı (Slovakiya) qəbul edib. İlk oyunda 1:2 hesabı ilə məğlub olan Çexiya klubu bu oyunda 3:0 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb. Sloveniyada "Maribor" "Birkirkara"nı (Malta) qəbul edib və 2:0 hesabı ilə qalib gələrək (İlk oyun 0:0) III təsnifat mərhələsinə vəsiqə qazanıb. "Şirak" (Ermənistan) səfərdə "Partizan"ın (Serbiya) qonağı olub. İlk oyunda 1:1 hesablı nəticə qazanan tərəflər bu dəfə fərqlənməyib və bu hesabla "Partizan" növbəti mərhələyə keçib. TNS (Uels) isə "Legiya"nın (Polşa) qonağı olub və 0:1 hesabı ilə məğlub olub. İlk oyunda da rəqibinə qalib gələn (3:1) Polşa təmsilçisi mərhələni adlayan tərəf olub.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 30-31 iyul və 6-7 avqust tarixlərində keçiriləcək.

24 iyul


Çempionlar Liqası, II təsnifat mərhələsinin cavab oyunları

22:30. "Ludoqorets" (Çexiya) - "Slovan" (Slovakiya) - 3:0 (İlk oyun - 1:2)
Qollar: Stoyanov, 4 (1:0), Abalo, 12 (2:0), 78 (3:0)

23:00. "Maribor" (Sloveniya) - "Birkirkara" (Malta) - 2:0 (İlk oyun - 0:0)
Qol: Kviyanoviç, 28 (1:0), Viler, 47 (2:0)

23:45. "Partizan" (Serbiya) - "Şirak" (Ermənistan) - 0:0 (İlk oyun - 1:1)
Qırmızı vərəqə: Volkov, 56 ("Partizan")

23:45. "Legiya" (Polşa) - TNS (Uels) - 1:0 (İlk oyun - 3:1)
Qol: Dvalişvili, 53 (1:0)

23 iyul 

"Şaxtyor" (Qazaxıstan) - BATE (Belarus) - 1:0 (İlk oyun - 1:0)
Qol: Zenkoviç, 82

"Nomme Kalyu" (Estoniya) - HİK (Finlandiya) (İlk oyun - 0:0) - 2:1
Qollar: Kisey, 28 (1:0), Quintiyeri, 35 (2:0), Savic, 64 (2:1)

"Sutyeska" (Monteneqro) - "Şerif" (Moldova) (İlk oyun - 1:1) - 0:5
Qollar: Kadu, 13 (0:1), Rikardinyo, 47 (0:2), Fernando, 52 (0:3), 65 (0:4), Skripsenko, 86 (0:6)

"Dauqava" (Latviya) - "Elfsborq" (İsveç) (İlk oyun - 1:7) - 0:4
Qollar: Kin, 41 (0:1), Klaesson, 61 (0:2), Halt, 66 (0:3), Anderson, 86-pen (0:4)

"Molde" (Norveç) - "Sliqo Rovers" (İrlandiya) (İlk oyun - 1:0) - 2:0
Qollar: Linnes, 5 (1:0), Koli, 77 (2:0)

"Streymur" (Farer adaları) - "Dinamo" (Gürcüstan) (İlk oyun - 1:6) - 1:3
Qollar: Xisko, 7-pen (0:1), Dvali, 12 (0:2), Danielsen, 27 (1:2), Qlişiç, 84 (1:3)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Qyor" (Macarıstan) (İlk oyun - 2:0) - 2:1
Qollar: Haim, 25 (1:0), Zahavi, 79 (2:0), Martinez, 86 (2:1)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Fola" (Lüksemburq) (İlk oyun - 5:0) - 1:0
Qol: Kramariç, 78 (1:0)

"Vardar" (Makedoniya) - "Styaua" (Rumıniya) (İlk oyun - 0:3) - 1:2
Qollar: Piovakkari, 23 (0:1), Kostovski, 45 (1:1), Bourkeanu, 72 (1:2)

"Seltik" (Şotlandiya) - "Kliftonvil" (Şimali İrlandiya) (İlk oyun - 3:0) - 2:0
Qollar: Ambrose, 16 (1:0), Samaras, 70 (2:0)

"Jelezniçar" (Bosniya və Herseqovina) - "Viktoriya" (Çexiya) (İlk oyun - 3:4) - 1:2
Qollar: Vaqner, 5 (0:1), Petrjela, 30 (0:2), Yamak, 45 (1:2)

"Hafnarfyordur" (İslandiya) - "Ekranas" (Litva) (İlk oyun - 1:0) - 2:1

Qollar: Buiniçki, 26-pen (0:1), Sverrisson, 38 (1:1), Byörnson, 90 (2:1).

qol.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA