“Fənərbaxça” Çempionlar Liqasında, "Beşiktaş" isə Avroliqa!

img

18-07-2013 [21:41]


UEFA-nın iki il müddətinə avrokuboklardan uzaqlaşdırdığı Türkiyənin "Fənərbaxça" klubu yeni mövsümdə Çempionlar Liqasında iştirak edəcək. 

Mia.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə klubun prezidenti Əziz Yıldırım bildirib. Əziz Yıldırım İstanbul klubunun iyulun 19-u keçiriləcək ÇL-in püşkatma mərasimində iştirak edəcəyini söyləyib: "Bu gün çox önəmli hadisələr oldu. Danışılmış oyunlarda adımızın hallanmasına hər birimiz təəssüfləndik. Layiq olmadığımız cəza aldıq. Lakinn qərarın ləğvinə nail ola bildik”.

Ə.Yıldırım bu çətin dönəmdə "Fənərbaxça"nı dəstəkləyən hər kəsə təşəkkür edib: "Klub azarkeşləri bunu bilsin ki, komanda yeni mövsümün Çl-ində iştirak edəcək".

Qeyd edək ki, hələlik UEFA "Fənərbaxça” barəsində çıxardığı qərarı ləğv etməklə bağlı açıqlama verməyib.

Amma Türkiyə mətbuatı yazıb ki, Arbitraj Məhkəməsi "Fənər”lə bağlı qərarın icrasını dayandırıb.

***

Türkiyənin "Fənərbaxça" klubunun Çempionlar Liqasında iştirak etmək hüququ almasının ardından "Beşiktaş" da yenidən Avrokuboklarda iştirak edə biləcək.

"Qara qartallar"ın Beynalxalq Arbitraj məhkəməsinə etdiyi müraciət qəbul edilib. Məhkəmə UEFA-nın "Beşiktaş"a verdiyi bir illik cəzanı dondurub. 

Bu barədə klubun idarə heyətinin üzvü Melih Sami Esen açıqlamasında deyib: "UEFA Avropa Liqasının püşkatma mərasiminə qatılacağıq".

Qeyd edək ki, UEFA "Beşiktaş"ın bir il müddətində Avroliqada iştirak etməsinə qadağa qoymuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA