Braziliyada dəhzət: futbolçu və hakim öldürüldü

img

07-07-2013 [07:44]


Braziliya futbolunda dəhşətli cinayət hadisəsi baş verib. Futbol matçında futbolçu və hakim öldürülüb. Hadisə iyunun 30-da Maranhao ştatının ?Pius XII? stadionunda keçirilən həvəskarlar liqası matçında baş verib. Oyunun gedişində 20 yaşlı hakim Oktaviyo Cordan 31 yaşlı futbolçu Josenir Abreuya qırmızı vərəqə göstərib. Özündən çıxan oyunçu söyərək hakimin üzərinə hücum çəkib. Bu zaman hakim üstündə olan bıçaqla onu bir neçə yerdən yaralayıb. Abreu xəstəxanaya aparılıb. Onun qohumları və azarkeşlər hakimi əsir götürərək işgəncə verməyə başlayıb. Bıçaqlanan futbolçu xəstəxanaya çatmadan keçinib. Bu xəbəri alan onun qohumları və azarkeşlər isə hakimi daş-qalaq edərək öldürüb. Artıq Braziliya polisi araşdırmalara başlayıb. 3 nəfər həbs olunub. Həbs edilənlərin sayının artması gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
19:16 10.03.2026

İsrafçılıq və ehtiyac

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA