Hindistanda polislə xalq arasında qarşıdurma olub

img

18-07-2013 [14:48]


Hindistanda polislə xalq arasında qarşıdurma olub.Hindistanda ibtidai sinif məktəbində verilən günorta yeməyi sonrasında ən az 20 nəfər dünyasını dəyişib.

Hindistanın Bihar şəhərində meydana gələn hadisə sonrasında açıqlama verən məsul şəxs uşaqların 8-11 yaşları arasında olduqlarını qeyd edərək, onlara pilov və paxlakimilər növündən yeməklərin verildiyini bildirib. Hindistan Təhsil Naziri M.M. Pallarn Raju isə açıqlamasında aşçının da həyatını itirdiyini bildirdi. Nazir əlavə olaraq bildirdi ki, tam səbəbi qida testi və oradakıların otopsi raporundan sonra məlum olacaq. Zəhərlənən uşaqların aparıldığı xəstəxananın başhəkimi R.K. Singh isə açıqlamasında, " Burada indiyə qədər 27 uşağı müayinə etdik. Doqquzunun vəziyyəti ciddi, digərlərində isə stabildir" dedi.

Zəhərlənmə hadisəsindən sonra 100lərcə nəfər küçələrə çıxaraq mitinq etməyə çalışıb. Polis müdaxilə edərək onları dağıtmaq istəyərkən, qarşıdurma yaranaraq polisi daşlayıblar. Aksiyacılar açıqlama verərək məsuliyət daşıyan şəxslərin ədalət qarşısında cavab verməsini və onlara lazımi cəzanın verilməsini gözlədikləri bildirib. (iha.com.tr)


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq