Vüqar Səfərlinin maaşı 1980 manat oldu...

img

13-08-2019 [13:48]


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi  Fondunun  və Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Elmin İnkişafı Fondunun işçilərinin  aylıq vəzifə maaşları artırılıb.

Mia.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarda dəyişiklik edib.  

Beləliklə, bu Fondlarda icraçı direktorun maaşı 1463 manatdan 1980 manata, aparat rəhbəri və müşavirin maaşı 1100 manatdan 1540 manata, baş mühasibin maaşı 1023 manatdan 1450 manata, sektor müdirinin maaşı 968 manatdan 1370 manata, baş məsləhətçinin maaşı 880 manatdan 1255 manata, aparıcı məsləhətçinin maaşı 737 manatdan 1030 manata, məsləhətçi, hüquqşünas və informasiya texnologiyaları üzrə mütəxəssisin maaşı 666 manatdan 930 manata, sürücünün maaşı 330 manatdan 460 manata qaldırılıb.  

Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Digər xəbərlər
SON XƏBƏRLƏR